"Ermənilər dalana dirəndiklərinin fərqindədirlər"

Rasim Musabəyov: “Məqsədi budur ki, qarşıdakı görüşdə heç bir razılıq əldə olunmasın”
"Ermənilər dalana dirəndiklərinin fərqindədirlər"

"Erməni tərəfi atəşkəs rejmini intensiv pozmaqla prezidentlərin görüşü ərəfəsində öz maraqlarını təmin etməyə cəhd göstərirlər". Bu haqda politoloq Rasim Musabəyov SİA-ya açıqlamasında prezidentlərin görüşü ərəfəsində Ermənistanın cəbhədə təxribatlar törətməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, vəziyyəti gərginləşdirmək niyyətində olan, ermənilər növbəti təxribata əl atırlar: "Vəziyyətin gərginləşməsində maraqlı olanlar tərəflərin məqsədi budur ki, tərəflərin qarşıdakı görüşündə heç bir razılıq əldə olunmasın".

Rasim Musabəyov danışıqlar ərəfəsində Ermənistan tərəfinin hər zaman bu kimi addımlar atmasını qeyd edib və bildirib ki, onlar artıq dalana dirəndiklərinin fərqindədirlər.

Ülkər Musazadə

Bütün xəbərlər Facebook səhifəmizdə