Əhməd Oruc: “Bunlar Cəmil Həsənliyə cəlbedici görünə bilər”

Əhməd Oruc: “Bunlar Cəmil Həsənliyə cəlbedici görünə bilər”

"Milli Şurada olanlar bir ideoloji uçurum önündədilər". Bu fikirləri SİA-ya açıqlamasında Azadlıq Partiyasının sədri Əhməd Oruc Milli Şurada baş verən son proseslərə münasibət bildirərkən deyib.

Ə.Oruc bir vaxtlar Milli Şuranı yaradanların artıq orada təmsil olunmadıqlarını da qeyd edib: "Vaxtilə onu təşkil edənlər uğursuzluğu görüb getməyə məcbur oldular. Müsavat Partiyası, "El" Hərəkatı oradan uzaqlaşdılar. Tərk edənlərin hamısı da heç bir açıqlama vermədən oradan uzaqlaşdılar".

REAL Hərəkatı rəsmisi Erkin Qədirlinin Cəmil Həsənlinin onların təşkilatına transfer olunması iddialarına da münasibətini bildirən Əhməd Oruc bildirib ki, belə bir vəziyyətdə hansısa hərəkat onlara cəlbedici ola bilər.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə