Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının yaranmasının 21-ci ildönümü münasibətilə dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, tədbirdə YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, təşkilatın Qadınlar şurasının sədri Məhəbbət İbrahimova, təşkilatın Gənclər Birliyinin sədri Yusif Babanlı və digər qonaqlar iştirak edib.
YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev bildirib ki, YAP hər zaman öndə olan partiyadır: "Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında tarixi xidmətlərindən biri də bugünkü uğurlarımızda mühüm rol oynayan, xalqın böyük əksəriyyətini təmsil edən YAP-ın yaradılmasıdır. YAP Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında xalqın sağlam qüvvələrini öz ətrafında birləşdirərək, daima dövlətçiliyə, millətə xidmət edib".
Daha sonra Yeni Azərbaycan Partiyasının (YAP) üzvü Nurulla Məmmədov YAP Nərimanov rayon təşkilatının 21 ilərzindəki fəaliyyəti və ölkədə baş verən proseslərdən danışıb.
YAP Nərimanov rayon təşkilatı Qadınlar şurasının sədri Məhəbbət İbrahimova deyib ki, özündə 600 mindən artıq üzvü birləşdirən hakim partiya bu gün sıralarında cəmiyyətimizin ən elitar təbəqəsini – səhiyyə, təhsil, mədəniyyət işçilərini, sağlam qüvvəsini cəmləşdirib. YAP-ın gücü bu gün də günü-gündən artmaqdadır. Bu da bir reallıqdır ki, hakim partiyanın sıraları getdikcə gəncləşir".
YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Yusif Babanlı isə qeyd edib ki, YAP yarandığı gündən ölkəmizdə sanki yeni bir Azərbaycan inkişaf etməyə başladı: "Hər bir partiyanın inkişafı onun liderindən asılıdır. Bu gün biz YAP-ın sıralarının daha da genişləndiyini görürük. Xüsusilə hakim partiyanın sıralarında gənclərimiz öz gücünü getdikcə artırır".
Sonda isə digər çıxış edənlər də YAP Nərimanov rayon təşkilatının yaranma tarixi haqqında fikirlərini bölüşüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB