PA rəsmisi: “Ermənistan münaqişənin ədalətli həll olunması üçün addımlar atmır” AÇIQLAMA
"Ermənistanın Azərbaycana qarşı təxribat xarakterli addımları o fikri formalaşdırır ki, düşmən tərəfi münaqişənin ədalətli həll olunması üçün addımlar atmır". Bu sözləri SİA-ya Prezident Administrasiyasının (PA) beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov Ermənistanın ölkəmizə qarşı təxribat xarakterli addımlar atmasına münasibət bildirərkən deyib.
Uzun müddətdən sonra ötən il prezidentlər səviyyəsində görüşü xatırladan PA rəsmisi vurğulayıb ki, Ermənistan tərəfi görüşlərə qatılmaqla özünü xoşməramlı göstərməyə çalışır: "Uzun müddətdən sonra belə bir görüşün keçirilməsi baş tutdu və Ermənistan tərəfi açıq -aydın özünü xoşməramlı göstərməyə çalışdı. Amma siz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin tarixinə nəzər salsanız, Ermənistan tərəfinin tez-tez belə addımlar atdığını görərsiniz. Düşmən tərəf danışıqlar prosesində dünya ictimaiyyətinə özünün xoşməramlı olmasını nümayiş etdirməyə çalışır. O, beynəlxalq ictimaiyyəti arxayın etməyə cəhd edir. Beynəlxalq ictimaiyyət də mesajı aldıqdan sonra düşünür ki, Ermənistan görüşlərdə iştirak edir, danışıqlara gedirsə, həqiqətən də xoşməramlıdır. Bundan istifadə edən Ermənistana danışıqlar prosesinin real istiqamətdə, müdafiənin həllinə aparan formada getməsinə mane olmaq üçün bəhanələr lazım olur. Düşmən ölkə təxribat xarakterli addımlarla münaqişənin həllinə mane olmağa çalışır. Bu, onların həm ən böyük səhvi, həm də fəlakətidir. Artıq 20 ildir, Ermənistan eyni mövqe nümayiş etdirir. Ermənistan rəhbərləri bunu başa düşməlidirlər. Əgər başa düşməsələr, demək ki missiyalarını yerinə yetirə bilmirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB