Vahid Azərbaycan Milli Birlik Partiyasının (VAMP) sədri Hacıbaba Əzimovun "El" Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyevi separatçılıqda ittiham etməsi qarşı tərəfin susqunluğu ilə müşahidə olunmaqdadır. SİA xəbər verir ki, hərəkat rəsmisi VAMP sədrinin bu addımlarını gülünc hesab edir: "Bu günə kimi ona cavab verməmişəm, bundan sonra vermək də fikrində deyiləm. Hacıbaba Əzimov bəzi qüvvələri, xarici kəşfiyyat orqanlarına işləməkdə suçlayır. Nə deyim? Onun bu ittihamları sadəcə, gülüncdür".
Xatırladaq ki, Eldəniz Quliyev bundan öncəki açıqlamalarında Hacıbaba Əzimovla bağlı ifşaedici faktlar ortaya qoyacağını bəyan etsə də, hələ ki, bunu etməyib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB