Ərəstun Oruclu: “Milli Şurada gərginliyin artması görünür”

Ərəstun Oruclu: “Milli Şurada gərginliyin artması görünür”
"Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu Milli Şurada baş verən son hadisələrə münasibətini bildirərkən qeyd edib ki, adıçəkilən qurum yarandığı gündən uğursuz format olub. SİA-nın məlumatına görə, politoloq Milli Şuranın uğursuzluğunu onun ildırımvari şəkildə yaranması ilə əlqələndirib: "Gördüyümüz odur ki, Milli Şura daxilində sular tam durulmayıb. Bulanıqlıq hələ də qalır, bir-birini ittiham edənlər hələ də var. Bu ittihamların mahiyyətinə baxdıqdan gərginliyin artması görünür. Bu baxımdan perspektivlə bağlı konkret fikir söyləmək çətindir. Şəxsi fikrim budur ki, Milli Şura əvvəldən uğurlu format olmayıb. Sürətlə yaranan, bir çox məsələlərə aydınlıq gətirilmədən yaradılıb. İldırımvari proses idi. Belə proses də nadir hallarda uğur qazanır".

AXCP və Müsavat Partiyası arasında yaranmış qarşıdurmaya da fikir bildirən Ərəstun Oruclu bildirib ki, burada əsas səbəb şəxsi və partiya maraqlarıdır: "Görünür şəxsi münasibətlər, şəxsi maraqlar, partiya maraqlarından irəli gəlir".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня