Türkiyə prezidenti Abdullah Gül italiyalı həmkarı Giorgio Napolitanonun dəvəti əsasında yanvarın 28-də İtaliyaya rəsmi səfərə gedəcək. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, İtaliyaya səfəri zamanı Türkiyənin Aİ üzvülük məsələsi dövlət başçısı Abdullah Gülün əsas müzakirə məsələlərindən biri olacaq. Rəsmi səfər zamanı siyasi və iqtisadi mövzular və iki ölkə arasındakı əlaqələrin daha da gücləndirilməsi üçün fikir mübadiləsi aparılacaq.
Türkiyə və İtaliyadan olan iş adamlarını bir iş yeməyində qəbul edəcək olan Abdullah Gülün, Türkiyə-İtaliya İş Forumunda da çıxış etməsi planlaşdırılır. Gül, Yunus Əmrə Türk Mədəniyyət mərkəzinin Roma filialının rəsmi açılışında da iştirak edəcək.
Səfərin son günündə isə A. Gül Florensada rəsmi görüşlər keçirəcək.
Qeyd edək ki, 2014-cü ilin ikinci 6 ayında Avropa İttifaqına növbəti sədirliyi İtaliya təhvil alacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB