İtaliya Aİ Şurasına sədrliyi dövründə Azərbaycan ilə əlaqələri genişləndirmək niyyətindədir

İtaliya Aİ Şurasına sədrliyi dövründə Azərbaycan ilə əlaqələri genişləndirmək niyyətindədir

İtaliya Avropa İttifaqı Şurasına sədrliyi dövründə Azərbaycan ilə əlaqələri genişləndirmək niyyətindədir. Bu barədə İtaliyanın quruma rəhbərlik edəcəyi altı ay ərzində xarici siyasət prioritetlərini əks etdirən hesabatda qeyd olunur.

Sənəddə diqqətə çatdırılır ki, qarşıda duran əsas vəzifələrdən biri enerji təhlükəsizliyinin təmin olunması və neft-qaz ehtiyatları ilə zəngin ölkələrlə münasibətlərin dərinləşdirilməsi olacaq.

Vurğulanır ki, Avropanın təbii qazla təmin edilməsi baxımından mühüm rola malik olan dövlətlərlə dialoqun qurulması vacib məsələdir.

İtaliya cari ilin ikinci yarısında Aİ Şurasına sədrlik edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə