Parisdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı intensiv müzakirələr aparılıb
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov yanvarın 23–24-də Parisdə Kiyev görüşünün davamı olaraq ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ilə ayrı-ayrılıqda görüşlər keçirib.
Danışıqlar zamanı Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı intensiv müzakirələr aparılıb. Azərbaycanın mövqeyini konkret şəkildə vurğulayan Elmar Məmmədyarov bildirib ki, Ermənistanın silahlı qüvvələri nə qədər tez Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılarsa, münaqişənin bir o qədər qısa müddətdə də beynəlxalq hüquq çərçivəsində həllinə nail olmaq mümkündür.
Minsk qrupunun həmsədrləri ilə bir sıra məsələlər üzrə müzakirələrin davam etdirilməsi barədə razılıq əldə olunub.
Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyünün bərpası bu istiqamətdə aparılan danışıqların əsasını təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB