Gülağa Aslanlı: “Müsavat partiyası ancaq üzvlük haqlarından ibarət maliyyəyə sahibdir”

Gülağa Aslanlı: “Müsavat partiyası ancaq üzvlük haqlarından ibarət maliyyəyə sahibdir”

"Təbii ki, qanuni şəkildə Müsavat Partiyası da öz hesabatını verəcək". SİA xəbər verir ki, bu barədə Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı partiyaların maliyyələşməsi və hesabatına münasibətini açıqlayarkən deyib.

Müsavat rəsmisi qeyd edib ki, bu mövzu ilə bağlı siyasi təşkilatın maliyyə şöbəsi məşğul olur: "Bununla məşğul olan partiyanın maliyyə şöbəsi var. Qanunla müəyyən olunmuş vaxt ərzində hesabatımız Maliyyə Nazirliyinə təqdim olunacaq. Cəmiyyətə də hesabatı təqdim edəcəyik. Müsavat partiyası ancaq üzvlük haqlarından ibarət maliyyəyə sahibdir".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə