Fazil Mustafa: “Qarşımızda duran əsas vəzifə hesabatımızı cəmiyyətə təqdim etməkdir”

Fazil Mustafa: “Qarşımızda duran əsas vəzifə hesabatımızı cəmiyyətə təqdim etməkdir”

"Hər olduğu kimi, bu il də rəhbərlik etdiyim partiya öz maliyyə hesabatını rəsmi qaydada Maliyyə Nazirliyinə verəcək". Bu fikirləri SİA-ya Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa siyasi partiyaların maliyyələşməsinə və cəmiyyətə hesabat verməsinə münasibət bildirərkən deyib.

Partiya sədri qeyd edib ki, rəsmi hesabatdan sonra cəmiyyətə də hesabat verməyi düşünürük: "Çünki partiyamızın fəaliyyətində və ya maliyyə vəsaitinin hara və necə xərclənməsində heç bir qaranlıq məqam yoxdur. Sadəcə, hesabatı birinci hüquqi tərəfdən verməliyik. Dövlət büdcəsindən maliyyələşən bir təşkilat olaraq qarşımızda duran əsas vəzifə müvafiq dövlət orqanına hesabat vermək və daha sonra həmin hesabatı cəmiyyətə təqdim etməkdir".

Fazil Mustafa onu da vurğuladı ki, müəyyən brifinqlər şəklində partiya hesabatını cəmiyyətə açıqlamağı düşünürük.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə