Tahir Kərimli: “Leyla Yunus ən qatı cinayətlərtdə iştirak edənləri, seperatçıları siyasi məhbus kimi təqdim edir”

Tahir Kərimli: “Leyla Yunus ən qatı cinayətlərtdə iştirak edənləri, seperatçıları siyasi məhbus kimi təqdim edir”

"Leyla Yunus və onun kimilərini cəmiyyətimiz yaxşı tanıyır. Onlar bəzi xarici dairələrin maraqlarına xidmət edənlər Azərbaycanın imicinə ziyan vuranlardır". Bu fikirləri SİA-ya açıqlamasında Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

Partiya sədri qeyd edib ki, bu təşkilatların başında ABŞ-ın Milli Demokratiya İnstitutu (MDİ) dayanır: "Bu institut vaxtilə Ukraynada narıncı inqilaba milyonlarla pul səpmişdi. Bu faktor sübuta yetiriləndən sonra MDİ-ni ölkədən qovuldular. Ötən il Azərbaycanda Demokratiya İnstitutu 1 milyon 200 min vəsaiti ancaq özlərinin layihələrinin keçirilməsinə sərf etdilər. Bunlar beynəlxalq təşkilatların himayəsində olmağa alışıblar. Mütəmadi olaraq "Freedom House" təşkilatı və bu kimi təşkilatlarla əlaqə quraraq özlərinin ideoloji xətlərinə sadiq qalırlar".

Tahir Kərimli onu da vurğulayıb ki, hansı dövlət bu güclərə baş əymirsə, o dövlətin daxilinə belə insanlar yeridirlər: "Bunlar da müəyyən vəsait hesabına öz hökümətlərini tənqid edərək, həmin təşkilatlara hesabat vermək məcburiyyətində qalırlar. Bütün bunların arxasında beynəlxalq imperializmin niyyətləri dayanır. Azərbaycanın dünyada qazandığı uğurlarını gözü götürməyənlər müxtəlif üsullara əl atmağa məcbur qalırlar. Leyla Yunus ən qatı cinayətlərtdə iştirak edənləri, seperatçıları siyasi məhbus kimi təqdim edir".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə