Suriyada daha bir azərbaycanlı döyüşçü öldürülüb

Suriyada daha bir azərbaycanlı döyüşçü öldürülüb

"Əl-Nüsra Cəbhəsi" sıralarında Bəşər Əsədə qarşı vuruşan "Əbu Sənan" ləqəbli azərbaycanlı mücahid bir neçə gün əvvəl Suriyanın hökumət qüvvələri tərəfindən öldürülüb. SİA-nın məlumatına görə, bu barədə mücahidlərə məxsus saytlar məlumat yayıb. Onun soyadı adı açıqlanmasa da, adının Vüsal olduğu bildirilir. Vüsal Bakının Qaraçuxur qəsəbəsindəndir. Mücahidlər Vüsalın fotosunu da yayıblar.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə