Mehdibəy Səfərov: "Milli Şuradan istefa verəcəm"

Mehdibəy Səfərov: "Milli Şuradan istefa verəcəm"

Milli Şurada Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri (VAMP) Hacıbaba Əzimovla "El" Hərəkatı arasında yaranmış ziddiyyətlər dərinləşir. SİA xəbər verir ki, VAMP sədrinin hərəkat rəsmiləri Eldəniz Quliyevlə Mehdibəy Səfərovu separatçılıqda ittiham etməsi qarşı tərəfin sərt mesajlar verməsinə səbəb olub. "El" Hərəkatının funksioneri Mehdibəy Səfərov isə öz növbəsində bildirib ki, o, Milli Şurada Hacıbaba Əzimovla təmsil olunmaq istəmir: "Bildirmişəm ki, Hacıbaba Əzimov kimi insanların burada təmsil olunması artıq Milli Şuranın demokratiya, azad cəmiyyət quracağı barədə məndə şübhə yaradır. Ona görə də məsələ qaldırmışam ki, onun Koordinasiya Şurasında iştirakı bizə gələcəkdə problem yaradacaq. Hacıbaba Əzimova qarşı tədbir görülməsə, Milli Şuradan istefa verəcəm"

Xatırladaq ki, Eldəniz Quliyev də bundan öncə qeyd etmişdi ki, əgər VAMP sədri ittihamlarına son qoymasa onun haqqında ifşaedici məlumatlar verəcək.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə