AXCP: “Müsavatın xüsusi buraxılışı olacaq?”

AXCP: “Müsavatın xüsusi buraxılışı olacaq?”

Müsavat Partiyasının AXCP-yə qarşı moratoiumun aradan qaldırılacağı barədə irəli sürülən fikirləri Cəbhəyə məxsus "Azadlıq" qəzetində ironik tərzdə qarşılanıb. AXCP-nin mətbu orqanında qeyd olunub ki, müsavatçılar İsa Qəmbər istisna olmaqla, moratoiuma əməl etməyiblər: "Əgər əməl edə bilsəydilər, moratorium qərarını düzgün seçim adlandırmaq olardı. Belə ki, baş verənlər Müsavatın Milli Şuranı tərk etməsindən sonra start götürdü. Müsavat isə bu gedişlə bağlı ağlabatan açıqlama, ciddi səbəb göstərə bilmədi. Ona görə də susmaq daha əlverişli yol hesab oluna bilərdi. Ancaq müsavatçılar düşünür ki, moratoriuma tam əməl olunub. Görəsən, moratorium ləğv olunsa nə baş verəcək? Müsavatın xüsusi buraxılışı olacaq?".

Xatırladaq ki, Müsavat Partiyasının başqanı İsa Qəmbər moratoiumun aradan qaldırılması istiqamətində partiya funksionerləri ilə müzakirələr aparıb və bugünlərdə onun AXCP-ni ittiham edəcək yeni faktlarla çıxış edəcəyi gözlənilir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə