Belçikanın Brügge şəhərində “Azərbaycan günü” adlı tədbir keçirilib FOTO

Belçikanın Brügge şəhərində “Azərbaycan günü” adlı tədbir keçirilib FOTO

Belçikanın Brügge şəhərində yerləşən "Avropa Kolleci"ndə Azərbaycan Respublikasının Belçikadakı Səfirliyinin dəstəyi ilə bu ali təhsil ocağında "Azərbaycan günü" adlı tədbir keçirilib. Səfirlikdən SİA-ya verilən məlumata görə, tədbirdə Universitetin professor-müəllim heyəti və çoxmillətli tələbə auditoriyası iştirak ediblər.

Tədbirdə Azərbaycan musiqisi səsləndirilib. Həmçinin tələbələrimiz tərəfindən milli rəqslərimiz nümayiş etdirilib.

Tədbir iştirakçıları Azərbaycan şirniyyatlarını dadıblar. Yaradılan stenddə ölkəmizə aid çoxsaylı təbliğat materialları, jurnal və broşürlər nümayiş etdirilib.

Qeyd edək ki, bu mötəbər ali təhsil ocağında hal-hazırda Azərbaycandan 4 tələbə magistr pilləsi üzrə təhsil almaqdadır.

Bütün xəbərlər Facebook səhifəmizdə