Milli Məclisin yaz sessiyasının ilk plenar iclasının vaxtı dəyişib. Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun SİA-ya verdiyi xəbərə görə, iclasın tarixinin dəyişməsinin əsas səbəbi fevralın 1-nin qeyri-iş gününə, yəni şənbəyə düşməsidir.
Onun sözlərinə görə, parlamentin iclasları adətən həftənin 2-ci və 5-ci günləri keçirilir: "Bununla yanaşı, yaz sessiyasının ilk iclası nizamnaməyə uyğun olaraq fevral ayının ilk iş günü başlamalıdır. Lakin həmin gün şənbəyə təsadüf etdiyindən, iclas 1-ci gün, yəni fevralın 3-də keçiriləcək. Odur ki, iclasın tarixi fevralın 1-dən 3-nə dəyişdirilib".
Qeyd edək ki, iclasda bir sıra qanun layihələrinə dəyişikliklər və yeni layihələr müzakirə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB