"İstər Azərbaycan, istər Ermənistan icmaları arasında danışıqlar getməlidir"

"İstər Azərbaycan, istər Ermənistan icmaları arasında danışıqlar getməlidir"

"Biz Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların davam etməsini istəyirik". SİA-nın məlumatına görə, bu sözləri "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov jurnalistlərə açıqlama verərkən deyib.

Onun sözlərinə görə, nəticəsindən asılı olmayaraq istər Azərbaycan, istər erməni icmaları arasında danışıqlar getməlidir: "Ortada konkret nəticə əldə etmək üçün hər iki tərəfin icmaları arasında danışıqların davam etməsi vacibdir. Danışıqların son mərhələsi odur ki, biz Şuşada olaq. Mütləq belə olacaq".

B.Səfərov ölkə başçısının bu istiqamətdə apardığı siyasətə inandığını bildirib: "Hamınız şahidsiniz ki, prezidentimiz bütün yüksək tribunalardan hər zaman bəyan edir ki, heç bir halda Azərbaycan torpaqlarının bir qarışı düşmənə verməyəcək. Azərbaycanın üçrəngli bayrağı Dağlıq Qarabağda, Şuşada, Xankəndidə və bütün işğal altında olan torpaqlarda dalğalanacaq. Mən prezidentimizin apardığı siyasətə inanıram".

Bütün xəbərlər Facebook səhifəmizdə