Eldar Namazov Milli Şuranı tərk edir?

Eldar Namazov Milli Şuranı tərk edir?

Milli Şuranın 16 yanvar sessiyasına "El" Hərəkatının sədri Eldar Namazovun qatılmaması, eləcə də Hərəkat təmsilçisi Köçəri Nağıbəylinin və digər üzvünün istefası "El"in Milli Şuradan ayrılması ehtimalını artırıb. SİA-ya "El"dəki etibarlı mənbədən verilən məlumata görə, buna səbəb Namazovun sessiyaya verdikləri təkliflərin qəbul olunmamasıdır.

Belə ki, mənbənin qeyd etdiyinə görə, Milli Şuranın taleyi ilə bağlı irəli sürülən təkliflər Milli Şura üzvlərinin 51 nəfərdən ibarət formalaşdırılması, həmçinin, 9 nəfərdən ibarət İdarə Heyətinin yaradılması olub. Lakin Milli Şura sədri Cəmil Həsənli bunu nəzərə almayıb. Köçəri Nağıbəylinin də iclası yarımçıq tərk etməsi də məhz bununla bağlıdır.

Mənbə istisna etmir ki, Eldar Namazov da qurumdan istefa edə bilər.

Qeyd olunur ki, "El" rəhbərliyi artıq Milli Şuranın perspektivinə inanmır. Bu səbəbdən də əsas məqsəd hərəkatın təşkilatlanmasıdır.

Xatırladaq ki, Eldəniz Quliyev də "El" Hərəkatindan olan şəxslərin Milli Şuradan ayrılacağını istisna etməyib.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə