Müsavat Partiyası Divanının üzvü Tural Abbaslı AXCP-ni ittiham edən növbəti fikirlər irəli sürüb. SİA-nın məlumatına görə, Müsavat tərəfi Cəbhə təmsilçilərinin onları xəyanətkar adlandırmaları davam etdikləri təqdirdə qoyulmuş moratoriumu qaldıracaqlarını bəyan edir. Bununla bağlı Tural Abbaslı bildirib ki, moratorium olmasa, AXCP-nin ittihamlarına daha böyük cavab vermək olar: "…AXCP-nin siyasi həyasızlığı davam edərsə, moratorium müzakirə oluna və götürülə bilər. Dərd orasıdır ki, cəbhə moratoriumu da qiymətləndirmədi. Bizə dedilər ki, sözləri yoxdur deyə moratorium qəbul etdilər. Bunun mahiyyətini başa düşmədən yozurlar. Odur ki, biz bu ittihamlara sonadək dözmək fikrində deyilik. Bu həyasızlıq davam etsə, moratoriumun ləğv olunması barədə qərar qəbul olunacaq".
Xatırladaq ki, ötən gün Milli Şuranın sessiyasında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı növbəti dəfə Cəbhəçiləri ittiham edən çıxış edib. O bildirib ki, Müsavat Partiyası Milli Şuranı müxalifətçi kimi yox, müxalifəti dağıdan, ona zərbə vuran bir təşkilat kimi tərk edib: "Müsavat Partiyasının Milli Şuradan qoparılmasında məqsəd qurumu zəiflətmək oldu".
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB