İsrafil Kərimov: “Səbail rayonunda 20 Yanvar hadisəsi ilə bağlı tədbirlər planı hazırlanıb” AÇIQLAMA

İsrafil Kərimov: “Səbail rayonunda 20 Yanvar hadisəsi ilə bağlı tədbirlər planı hazırlanıb” AÇIQLAMA

"Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbərinin "20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümünün keçirilməsinə dair tədbirlər planı haqqında" sərəncamı əsasında Səbail rayon İcra Hakimiyyəti tərəfindən də müvafiq tədbirlər hazırlanıb və faciənin ildönümünün geniş şəkildə qeyd olunması nəzərdə tutulub". Bunu SİA-ya Səbail rayon İcra hakimiyyətinin İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri İsrafil Kərimov deyib.

İsrafil Kərimovun sözlərinə görə, ötən il xalqımızın inanc yeri olan "Şəhidlər Xiyabanı" Kompleksində "20 Yanvar" cəmiyyəti və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon şöbəsinin qərərgahları, həmçinin xiyabana xidmət göstərən təsərrüfat xidmətləri işçiləri üçün yeni yeni inzibati bina inşa olunub, Səbail rayon İcra Hakimiyyəti tərəfindən bura hər cür lazımi ləvazimat və avadanlıqlarla təchiz olunub: "Səbail rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon rəhbərliyi, rayonun ictimai təşkilatlarının, Sosial Müdafiə Fondu, "20 Yanvar" cəmiyyəti və Veteran Təşkilatları Şurasının nümayənlərinin iştirakı ilə rayonda yaşayan 20 Yanvar şəhidlərinin ailələri və faciə zamanı əlil olmuş rayon sakinləri ilə "Şəhidlər Xiyabanı"ndakı məhz bu inzibati binada görüş keçirilib. Görüş torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub".

Şöbə müdiri 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı tədbirlər planı haqqında da danışaraq deyib ki, yanvarın 16-18-də Səbail rayonunun tədris müəssisələrində Qanlı Yanvar faciəsinə həsr edilmiş xüsusi dərslər keçiriləcək: "Bununla belə həmin ərəfədə Səbail rayonunun ali təhsil müəssisələrində rayon rəhbərliyi, idarə və təşkilatların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş ədəbi-bədii tədbirlər, konfrans və dəyirmi masalar təşkil ediləcək. Eləcə də 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüş olacaq və onlara humanitar yardım göstəriləcək. Yanvarın 19-da "Şəhidlər Xiyabanı" ərazisində təmizlik və abadlıq işləri aparılacaq".

İ.Kərimov qeyd edib ki, yanvarın 20-də Səbail rayon İcra hakimiyyətinin rəhbərliyinin, idarə, müəssisə və təşkilatların və rayon ictimaiyyətinin nümayəndələrinin "Şəhidlər Xiyabanı"na ziyarəti təşkil olunacaq. Bundan sonra isə rayondakı Bibiheybət ziyarətgahında və İçəri şəhərdəki "Cümə məscidi"ndə şəhidlərin xatirəsinə dualar oxunacaq və ehsanlar veriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə