Rusiya Dumasının deputatı: “Üzv dövlətlərin hamısı səmimiyyətlə Suriya xalqına sülh arzulamır...”

Rusiya Dumasının deputatı: “Üzv dövlətlərin hamısı səmimiyyətlə Suriya xalqına sülh arzulamır...”

"Düşünürəm ki, əsaslı dəyişiklik olmayacaq". Bu sözləri SİA-ya açıqlamasında Rusiya Dumasının deputatı Rafiq Qafarov Fransanın paytaxtı Parisdə "Suriyanın dostları birliyi"nə üzv 11 dövlətin xarici işlər nazirlərinin keçiriləcək "Cenevrə-2" beynəlxalq konfransı ərəfəsində başa çatmış görüşünə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu görüşdən nəyisə köklü şəkildə dəyişəcəyini gözləmək olmaz: "Çünki, üzv dövlətlərin hamısı səmimiyyətlə Suriya xalqına sülh arzulamır. Bir çox ölkələri yalnız öz ambisiyaları maraqlandırır. Əgər üzv dövlətlərin 11-i də bu sülhü istəsə, Suriya böhranı sülh yolu ilə həll edilər".

Ülkər Musazadə

Bütün xəbərlər Facebook səhifəmizdə