Sergey Averin: “Rusiyaya qarşı kim pislik edərsə, onun başını üzməyə hazıram...” EKSKLÜZİV

Sergey Averin: “Rusiyaya qarşı kim pislik edərsə, onun başını üzməyə hazıram...” EKSKLÜZİV

"Rusiyaya qarşı kim pislik edərsə, onun başını üzməyə hazıram....". Bu sözləri SİA-ya eksklüziv açıqlamasında Rusiyanın Mədəniyyət Fondunun rəhbəri Sergey Averin ABŞ-ın Soçi olimpiadasında gözlənilən terror təhlükəsi ilə bağlı çıxışına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu vəziyyət Olimpiada-80-dəki hadisələri xatırladır: "Siz Olimpiada-80 xatırlayırsınızmı? Eyni vəziyyətdir. Düşünürəm ki, biz yalnız öz idmançılarımız və onların qalibiyyətlərinə azarkeşlik etməliyik. Lakin "cinsi azlıqlar", uydurulmuş terror təhlükəsi ilə bağlı hekayətlər çox gülüncdür. Məncə bunu siyasiləşdirmək lazım deyil. Hər bir dövlət terrorla mübarizə aparır. Lakin onu deyə bilərəm ki, hər kim Rusiyaya və mənim xalqıma pislik etmək istəyərsə, mən onun başını üzməyə hazıram".

Ülkər MUSAZADƏ

Bütün xəbərlər Facebook səhifəmizdə