Mais Səfərli: “Müxalifət bir-birinə ağır toplardan atəş açır” AÇIQLAMA

Mais Səfərli: “Müxalifət bir-birinə ağır toplardan atəş açır” AÇIQLAMA

"Hesab edirəm ki, "Milli Şura" artıq öz fəaliyyətini başa vurub". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mais Səfərli radikal müxalifət liderləri arasındakı ziddiyyətə münasibət bildirərkən deyib.

Partiya sədrinin sözlərinə görə, bu "qurum" yarandığı gündən və 2013-cü ilin 9 oktyabrında ölkəmizdə keçirilən prezident seçkilərində yüksək bəyanatlar verməsinə baxmayaraq heç nəyə nail ola bilmədi: "Beləcə həmin təşkilat nə cəmiyyət tərəfindən dəstəkləndi, nə də özlərinə nüfuz qazana bildi. Əksinə "Milli Şura", ora toplaşan partiyaların sanki yeni bir mübarizə meydanına çevrildi. Bu gün həmin meydanda mübarizə açıq formada davam edir. Radikal müxalifət bir-birinə qarşı ağır toplardan atəş açırlar. Təbii ki, bu da gözlənilən idi. Çünki "Milli Şura"ya daxil olan qurumlar arasında çox böyük tarixi ziddiyətlər var. Bu tarixi kök isə 1993-cü illərin əvvəllərinə təsadüf edir. Bu ziddiyətlər müxtəlif vaxtlarda, müxtəlif formada özünü büruzə verib. Sadəcə olaraq Rüstəm İbrahimbəyov onları çox böyük çətinliklə bir araya gətirmişdi. Bu insan ənənəvi müxalifət liderlərini inandırmağa çalışırdı ki, guya onlar bir yerdə olsalar nəyəsə nail ola bilərlər. Amma bu da onlara kömək etmədi. Məlumdur ki, R.İbrahimbəyov "Milli Şura"dan uzaqlaşandan sonra bunlar arasında mübarizə daha ciddi şəkil almağa başlayıb. Hesab edirəm ki, bu, uzun müddətdə davam edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə