Zahid Qaralov: ““Səs” qəzetinin nəşrə başlaması çox böyük hadisə idi” TƏƏSSÜRATLAR
"Səs" qəzetinin 23 il bundan əvvəl işıq üzü görməsi və nəşrə başlaması çox böyük hadisə idi". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralov "Səs" qəzetinin nəşrə başlamasının 23 illiyi barədə təəssüratlarını bölüşərkən deyib.
Zahid Qaralovun sözlərinə görə, hələ bu qəzetə ilk qiyməti Ümummilli lider Heydər Əliyev verib: "Dahi şəxsiyyət bildirmişdi ki, "Səs" qəzeti özünün vəzifələrini çox yüksək səviyyədə yerinə yetirib". O zaman mənimli üçün də çox şərəfli idi ki, "Heydər dağına kölgə salmaq olmaz" mövzusunda silsilə məqalələrim də "Səs "qəzetində dərc olundu. Beləcə bu, sonda böyük bir əks-səda doğurdu. Bu adda başlıq isə heç də təsadüfi seçilməmişdi. Çünki o zaman böyük şəxsiyyət haqqında müxtəlif fikirlər söylənilirdi. 1990-1993-cü illərdə o dövrkü hakimiyyət tərəfindən, həm də AXC-Müsavat cütlüyünün siyasi sifarişi əsasında respublikanın bir sıra mətbu orqanlarında Ulu Öndər Heydər Əliyevə qarşı iftira və qarayaxma kampaniyası aparılırdı. Həmin dövrdə xalqımız və dövlətçiliyimiz qarşısında öz tarixi məsuliyyətini dərk edən qəzetimizin qurucuları belə bir məsuliyyətli və dövlətçiliyimiz üçün həlledici mərhələdə Heydər Əliyev ideyalarını ictimai rəyə çatdırmaq kimi şərəfli bir missiyanı öz üzərlərinə götürdülər.
"Səs" qəzetinin fəaliyyəti çox yüksəkdir. İnanıram ki, biz bu qəzetin nəinki 23 yaşını, hətta 230 yaşını belə qeyd edəcəyik. Çünki bu qəzet hər zaman həqiqəti yazıb və xalqın sözünü deyib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB