Rusiya Dumasının deputatı: “Erməni mətbuatına istinad etmək yanlışlıqdır” EKSKLÜZİV
"Ermənistan Kalininqrad ola bilməz". Bu haqda SİA-ya eksklüziv açıqlamasında Rusiya Dumasının deputatı Mixail Antontsev deyib.
Onun sözlərinə görə, Ermənistanı Kalininqrada çevirmək lazım deyil: "Düşünürəm ki, Ermənistan Kalininqraddan yetəri qədər fərqlidir. Kalininqrad Rusiyanın tərkib hissəsidir. Ermənistan isə yox. Buna görə də, rəsmi İrəvanı nəyəsə çevirmək lazım deyil. Lakin Gömrük ittifaqının reallaşması üçün əminəm ki, yollar müəyyən olunacaq. Mətbuat provokasiya yaratmaq üçündür. Xüsusən də erməni mətbuatı. Lakin biz bunun kimə sərf etdiyi haqda düşünməliyik? Rusiyaya və Ermənistana düşünürəm ki, sərf etmir. Amma hər iki dövlət üçün Gömrük İttifaqını reallaşdırmaq sərfəlidir. Ümumiyyətlə, hər hansı bir problemin həllində mətbuata, xüsusən də erməni mətbuatına istinad etmək yanlışlıqdır".
Ülkər MUSAZADƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB