Hikmət Babaoğlu: “Milli Şura”nın qeyri-ciddiliyi açıq-aydın özünü büruzə verdi” AÇIQLAMA
" "Milli Şura" yaradılarkən onun ciddi bir qurum kimi fəaliyyət göstərməsi nəzərə alınmışdı. Amma həmin təşkilat fəaliyyəti dövründə və 2013-cü ilin 9 oktyabrında ölkəmizdə keçirilən prezident seçkiləri kimi məsuliyyətli ciddi ictimai-siyasi proseslər müddətində qeyri-ciddi təşkilat olduğunu ortaya qoydu". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu "Milli Şura"nı tərk edən Müsavat Partiyasının qarşıdan gələn 2015-ci il parlament seçkilərində bir neçə deputat yeri əldə etmək üçün bu addımı atması, yəni hakimiyyətlə "mandat anlaşması"na getməsi yönündə adıçəkilən qurumun, xüsusilə AXCP təmsilçilərinin səsləndirdikləri ittihamlara münasibət bildirərkən deyib.
"İstər bu hadisələrə münasibətdə, istər ölkədaxili dinamizmlərin hərəkətə gəlməsi ilə bağlı nümayiş etdirdiyi mövqeylərində, istərsə də Azərbaycandan kənarda olan müxtəlif aktrların geniş obyektinə çevrilməsində və onları bir növ ölkəmizin ictimai münasibətlərinə qəbul olunması cəhdlərində "Milli Şura"nın qeyri-ciddiliyi açıq-aydın özünü büruzə verdi. Bütün bunlara baxmayaraq, dırnaqarası təşkilat yenə də Azərbaycan xalqı tərəfindən dəstəklənmədi. Hesab edirəm ki, onların bir-birinə qarşı əsaslı və yaxud da əsassız ittihamı ənənəvi müxalifətin xislətinə, mahiyyətinə yaraşan ittihamlardır" – deyə, baş redaktor sözlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB