Tahir Rzayev: “Bu xalqımıza qarşı törədilmiş teror aktı və soyqırımdır”

Tahir Rzayev: “Bu xalqımıza qarşı törədilmiş teror aktı və soyqırımdır”

"20 Yanvar faciəsinin dünya miqyasında tanıdılması üçün Prezident İlham Əliyevin rolu böyükdür. Eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla xanım Əliyevanın Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqda apardığı genişmiqyaslı işlər müsbət nəticəsini verir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Onun sözlərinə görə, Xocalı Soyqırımının dünyanın bir sıra ölkələrinin tanıması və eləcə də onların parlamentlərində müzakirə olunması Azərbaycanın bu məsələlərə nə qədər həssas yanaşdığının göstəricisidir.

Millət vəkili onu da qeyd etdi ki, 20 yanvar faciəsinin 24-cü ili ilə bağlı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin imzaladığı Sərəncam da özündə bir çox əhəmiyyətləri ehtiva edir: "Bundan başqa 20 Yanvar faciəsinin də ictimailəşdirilməsini, dünyaya çatdırılmasını görülən işlərin əsaslı davamı kimi qiymətləndirirəm. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin 20 Yanvar faciəsi ilə bağlı imzaladığı Sərəncam vaxtında verilmiş əhəmiyyətli Sərəncam oldu. Sözügedən Sərəncamın geniş şəkildə ictimailəşdirilməsi, təbliğ edilməsi üçün hər bir Azərbaycan vətəndaşı yaxından iştirak etməlidir. Çünki bu xalqımıza qarşı törədilmiş teror aktı və soyqırımdır".

İntizarə MƏMMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə