Tural Abbaslı: “Gözəl Bayramlı da, Həsən Kərimov da məsələləri öz ağılları səviyyəsində ölçürlər”

Tural Abbaslı: “Gözəl Bayramlı da, Həsən Kərimov da məsələləri öz ağılları səviyyəsində ölçürlər”

"Kimsə nəsə danışırsa, bunun bizim üçün heç bir marağı yoxdur. AXCP sədrinin müavinləri - Gözəl Bayramlı, Həsən Kərimov məsələlərə öz ağılları çərçivəsində yanaşırlar. Bu o demək deyil ki, onlar haqlıdırlar". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat partiyasının divan üzvü Tural Abbaslı söyləyib.

Tural Abbaslı, həmçinin qeyd edib ki, Müsavat partiyası heç də AXCP sədrinin müavinlərinin düşündüyü kimi geri çəkilməyib: "Biz onların söylədikləri gülünc fikirləri önəmli sayıb geri çəkilməmişik. Müsavat partiyasının ittihamlara birətərəfli qaydada moratorium qoyulması haqqında bəyanatı partiyanın geri çəkilməsi deyil".

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə