"Həmsədrlər, eləcə də XİN rəhbərləri konkret sənəd hazırlamalıdır" Münasibət
"Yanvar ayında keçirilməsi planlaşdırılan Ermənistan Azərbaycan prezidentlərinin görüşündə hər hansı müsbət irəliləyişə nail olmağı gözləmək olmaz. Lakin həmin görüşdə dövlət başçılarının bir sıra məsələlərdə razılaşma və hansısa istiqamət müəyyənləşdirmələri olduqca vacibdir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Rasim Musabəyov cari ayda baş tutması nəzərdə tutulan prezidentlərin görüşünü şərh edərkən deyib.
Onun sözlərinə görə, hazırda ATƏT-in Minsk qrupunun həmsədrləri, eləcə xarici işlər nazirləri konkret sənəd üzərində çalışmalı və bütün məsələlərdə razılığa gəlinəndən sonra dövlət başçıları həmin sənədləri imzalaya bilərlər: "Bir sözlə, inanmıram ki, baş tutacaq görüşdə dövlət başçıları bəyan etsinlər ki, bütün məsələləri həll etdik və problemlər arxivdə qaldı. Təbii ki, bu mümkün deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB