Araz Əlizadə: “İctimai Palata da Milli Şura da heç kimə lazım deyil”

Araz Əlizadə: “İctimai Palata da Milli Şura da heç kimə lazım deyil”

"Nə İctimai Palata, nə Milli Şura heç kimə lazım deyil. Bunlar ölü qurumlardır". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə bildirib.

A.Əlizadə, həmçinin qeyd edib ki, Milli Şuradan kimin çıxıb, kimin qalması önəmli məsələ deyil: "Onlarla bağlı danışmaq belə lazım deyil. Heç bir əhəmiyyəti olmayan Milli Şura və ya İctimai Palata haqqında danışmağı önəmli hesab etmirəm. Onlar heç nəyə nail olmayıblar və olmayacaqlar".

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə