İsa Qəmbərin keçmiş müşaviri Yeganə Hacıyeva Müsavat Partiyasının Milli Şuradan ayrılması qərarına sosial şəbəkədə sərt münasibət bildirib. SİA-nın məlumatına görə,"Oyun bitdi, amma siz də bitdiniz, buna əmin olun!" - deyə Müsavat Partiyasına qarşı ittihamlar yağdıran eks-müsavatçı bildirib ki, bu gün onu xəyanətdə suçlayanlar burunlarından o tərəfi görməyi bacarmayanlardır: "Dostlar, indi özünə, yoluna hörmət edən, burnundan az da olsa uzağı görməyi bacaran hər kəs bu cür fikirləşir, sadəcə cəsarəti çatanlar bunu dilinə gətirə bilir".
Xatrladaq ki, Yeganə Hacıyevanın Müsavat Partiyasından istefası səbəbi partiyanın Milli Şurada qalmaq istəməməsi ilə bağlı olub.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB