Rauf Arifoğlunu ölümlə hədələdilər

Rauf Arifoğlunu ölümlə hədələdilər

SİA-nın əldə etdiyi məlumata əsasən sosial şəbəkələrin birində AXCP üzvü Kəmalə Bənəniyarlı Rauf Arifoğluya əməlli-başlı hədə qorxu gəlib. O, Rauf Arifoğlunun üstünə benzin töküb yandıracağı ilə hədələyib. AXCP üzvü sonra da belə bir status paylaşıb ki, Əli Kərimliyə qarşı danışım deyə təkliflərini qəbul etmədiyim üçün dostlarım mənə düşmən kəsiliblər. Bütün bu olanalar AXCP-Müsavat üzvlərinin nə dərəcədə bir-biriləri ilə dost olduqlarından xəbər verir.

Qeyd edək ki, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirib ki, o, həmin yazışmaların screen-shotunu AXCP sədri Əli Kərimliyə göndərəcək.

İNTİZARƏ MƏMMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə