Rusiya Dumasının deputatı: “İqtisadi böhran kiçik müstəqil dövlətlərin problemidir” EKSKLÜZİV

Rusiya Dumasının deputatı: “İqtisadi böhran kiçik müstəqil dövlətlərin problemidir” EKSKLÜZİV

"Əslində qiymətlərin nə üçün bahalaşdığının səbəblərini müəyyən etmək lazımdır". Bu sözləri SİA-ya eksklüziv açıqlamasında Rusiya Dumasının deputatı Nikolay Sokol son günlərdə MDB dövlətlərində müşahidə olunan yanacağın qiymətlərinin artmasının yeni iqtisadi böhrana aparıb-aparmamasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, iqtisadi böhran gözlənilir. Sadəcə bu yalnız yanacağın qiymətinin bahalaşması ilə deyil, digər amillərdən də qaynaqlanacaq: "Bilirsiz, Corc Buşun hakimiyyəti dövründə Amerika hərbiyə böyük pul yatırırdı. Vergilər aşağı idi və iki müharibə gedirdi. Bu da büdcəyə heç bir gəlir gətirmirdi. Eləcə də Suriya məsələsində. Böhranın yaranma səbəblərini daha dəqiq bilmək üçün 2009-cu ilə qayıdaraq incələmək yetərlidir. O zaman görərik ki, Avropanın bir sıra dövlətləri ucuz pul və sabun köpüyü ilə idarəetməni seçmişdilər".

Hazırda bankların dünyanın demək olar bütün ölkələrində böyük miqdarda mülkiyyətə sahib olduğunu bildirən Nikolay Sokol həmin maliyyə qurumlarının sözügedən mülkiyyətlərin bir çoxunu qoyulmuş girovların sayəsində, digərlərini isə borc müqabilində kreditorların əlindən almağa nail olduğunu qeyd edib: "Hazırda isə daha varlı ölkələr nisbətən kasıb ölkələrdə nə edir? Həmin kasıb ölkələrin meşələrini satın alır. İsveçrə daha varlı ölkə kimi Latviyanın demək olar bütün meşələrini satın alıb. Artıq Latviyada yaxın gələcəkdə odun tapmaq mümkün olmayacaq. Digər tərəfdən, Latviyada artıq avro pul vahidi dövriyyəyə keçib və indi avtomatik bahalaşma gözlənilir. Əslində iqtisadi böhran kiçik müstəqil dövlətlərin problemidir".

Ülkər MUSAZADƏ

Bütün xəbərlər Facebook səhifəmizdə