Ermənistanın sabiq prezidentindən şok etiraf

Ermənistanın sabiq prezidentindən şok etiraf

"Ermənistanı tərk edənlərin sayını səsləndirmək istəməzdim. Çünki onlar həddindən ziyadə çoxdur". SİA-nın məlumatına görə, bu sözləri Ermənistanın eks-prezidenti Robert Köçəryan baş nazir Tiqran Sarkisyanın jurnalistlərə verdiyi cavabları şərh edərkən deyib.

Onun sözlərinə görə, mətbuat konfransında jurnalistin "Tikintinin səviyyəsi nə üçün aşağıdır" sualına Tiqran Sarkisyan çox primitiv cavab verib: "Bunun əsl cavabı isə tamam başqadır. Birincisi ona görə ki, Ermənistanı tərk edənlərin sayı həddindən ziyadə çoxdur. Ev almaq iqtidarında olan hər kəs Ermənistanı tərk edir. Tikilən evləri satmaq mümkün olmur. Bu da tikintiyə yatırılan əmtəəyə böyük ziyan vurur. Bundan əlavə onu da qeyd edim ki, 2009-cu ildəki iqtisadi böhranı Ermənistan hələ dəf edə bilməyib. İpoteka kreditlərinin şərtləri olduqca ağırlaşıb. Hazırda verilən ipoteka kreditlərini 2004-2007 ci illərlə müqayisə etsək böyük fərqi görərsiniz. İndi çox az insan bu şərtlərlə ipoteka krediti almağa risk edər. Ermənistan xalqının əhvalı sözün əsl mənasında apatiyadır. Yəni, heç kəs ölkənin gələcəyi ilə bağlı müsbət fikirləşmir".

R.Köçəryanın sözlərinə görə, Ermənistan bir ölkə kimi artıq yıxılmaq üzrədir və hazırda ən azı 40% erməni Ermənistanı birdəfəlik tərk etməyə hazırlaşır.

Ülkər MUSAZADƏ

Bütün xəbərlər Facebook səhifəmizdə