Aydın Mirzəzadə: “Bu insanların məqsədləri situasiyanı gərginləşdirməkdir”

Aydın Mirzəzadə: “Bu insanların məqsədləri situasiyanı gərginləşdirməkdir”

"Torpaq uğrunda döyüşlərdə iştirak edən bir insanın belə bir hadisə nəticəsində dünyasını dəyişməsi hər birimiz üçün üzücü xəbərdir. Hər hansı məsələnin həllini gözləmədən Qarabağ qazisinin belə bir addım atması bizi çox kədərləndirdi". Bu fikirləri SİA-ya açıqlamasında radikal müxalifətin hadisəni siyasiləşdirməyə cəhdlərinə münasibət bildirən millət vəkili Aydın Mirzəzadə deyib.

Millət vəkili qeyd edib ki, Zaur Həsənovun sosial məsələləri daim dövlətin diqqətində olub: "Ölkə prezidentinin Sərəncamına əsasən əlillərin mənzil məişət problemlərinin aradan qaldırılması istiqamətində görülən işlərdən daim öz bəhrəsini alıb. Hadisədən sonra isə onun bütün mülicəsini Dövlət başçısı öz üzərinə götürdü. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası yüz min manat ailəsinə konpensyasiya ayırdı. Bunlarla yanaşı dövlət mərhumun övladlarına yetkinlik yaşına çatana qədər 1500 manat konpensasiya ödəyəcək. Bir sözlə bir Qarabağ əlilinin simasında dövlətimiz bir daha bütün Qarabağ əlillərinə olan diqqətini göstərdi".

Aydın Mirzəzadə onu da vurğulayıb ki, son günlər bu məsələdən öz xeyirlərinə sui-istifadə edənlər, onu siyasiləşdirməyə çalışan insanlar var: "Hətta mərhumun atasının çağırışına baxmayaraq bəzi radikal mövqedə dayananlar ailənin adından yalan məlumatlar yayırlar. Hadisədən öz maraqlarında istifadə edənlər, insanları mitinqlər keçirməyə təhrik edənlər heç vaxt Zaur Həsənovun nə problemləri ilə maraqlanmayıb, nə də xəstəxanada olanda ziyarət etməyiblər. Şübhəsiz cəmiyyət belə yanaşmanın əlehinədir və onların arxasınca getməyəcəklər. Bu insanların məqsədləri sitiuasiyanı gərginləşdirmək, hakimiyyəti gözdən salmaqdır. Onlara ən layiqli cavabı elə cəmiyyətin özü verəcək".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə