Sədaqət Vəliyeva: “Yalnız insanlığı olmayanlar ailə faciəsi üzərində siyasi oyun qura bilər”

"Yalnız insanlığı olmayanlar ailə faciəsi üzərində siyasi oyun qura bilər. Görünür radikal müxalifət nümayəndələrinin insanlığı hissi itdiyindən şəxsi maraqları naminə faciə yaşamış ailəni siyasi şou vasitəsinə çevirmək niyyətindədirlər". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirib.

Onun sözlərinə görə, Azərbaycanda Qarabağ qazilərinə və şəhid ailələrinə diqqət və qayğı yüksək səviyyədədir: "Lakin hər zaman siyasi oyunlar qurmağa çalışan radikal müxalifət bu cür "şanslar" axtarır ki, ondan istifadə etsin. Bununla da, bəzi xarici qərəzli dairələrə göstərməyə çalışır ki, Azərbaycanda sosial narazılıq var. Amma məsələnin mahiyyəti tamamailə bəllidir. Yəni, radikal müxalifət tamamilə iflas vəziyyətində olduğundan mövcudluğunu isbatlamaq üçün sosial dəstəyə ehtiyacı var. Lakin Azərbaycan cəmiyyətindən də onlara dəstək yoxdur. Buna görə də, xarici qərəzli dairələr qarşısında götürdükləri öhdəlikləri yerinə yetirmək üçün bu cür ailə faciələrindən sui-istifadə edirlər".

Sədaqət Vəliyeva bir daha vurğulayıb ki, radikal müxalifət öz çirkin niyyətinə çatmayacaq, Qarabağ qazilərinin və şəhid ailələrinin dövlətə olan inamını sarsıda bilməyəcək.

İntizarə MƏMMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə