Mustafa Hacıbəyli: “Bu gün Rüstəm İbrahimbəyovu müdafiə edənlər az keçməmiş Cəmil Həsənlinin istefasını tələb edəcəklər”

Mustafa Hacıbəyli: “Bu gün Rüstəm İbrahimbəyovu müdafiə edənlər az keçməmiş Cəmil Həsənlinin istefasını tələb edəcəklər”
Milli Şuranın fəxri sədrlik postundan istefa vermiş Rüstəm İbrahimbəyovun ətrafında qurumdaxili ziddiyyətlər davam edir. SİA-nın məlumatına görə, sosial şəbəkələrdə və mətbuatda qarşılıqlı ittihamlar artmaqdadır. Başda Milli Şuranın sədri Cəmil Həsənli olmaqla, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının və partiyaya yaxın fərdlərin Müsavat Partiyasını ittiham etməsindən sonra Müsavat başqanının müşaviri Mustafa Hacıbəyli facebookda qarşı tərəfləri daha sərt tonda ittiham edib: "Bu gün Rüstəm İbrahimbəyovu müdafiə edənlər az keçməmiş Cəmil Həsənlinin istefasını tələb edəcəklər".

Qarşı tərəf isə Müsavat Partiyasının başqa bəhanələr axtardığını iddia edirlər. Belə ki, onların fikrincə, Müsavat Partiyasının İbrahimbəyovla münaqişəsinin kökündə ciddi arqumentlər durmayıb: "Burada söhbət yalnız Milli Şuradan çıxmaq üçün yaradılan əsasdan gedir".

Qeyd edək ki, Milli Şuranın fəxri sədrliyindən getməsi AXCP, ACP və KXCP-nin etirazına səbəb olub. Bu partiyalar hesab edir ki, Müsavat Partiyası yaxın aylarda növbəti tələblərlə çıxış edib, digər bəhanələr irəli sürər.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня