Qənirə Paşayeva: “Biz inanırıq ki, 2014-cü ildə uğurlarımızın sayı daha da artacaq”
"Bu günlərdə imzalanan "Şahdəniz-2" layihəsi təkcə Azərbaycan üçün deyil, həm də region üçün mühüm əhəmiyyət kəsb edən layihə kimi 2013-cü ilin ən yaddaqalan hadisəsi oldu. Bu il beynəlxalq miqyaslı tədbirlərin həyata keçirilməsində ölkəmiz ön sıralarda yer alıb. Xüsusilə, beynəlxalq musiqi yarışlarında, musiqi festivallarında ölkəmiz mərkəzə çevrilib". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Qənirə Paşayeva deyib.
Millət vəkili eyni zamanda qeyd edib ki, Azərbaycanın mədəniyyət incilərinin beynəlxalq aləmdə tanıdılmasında YUNESKO ilə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın qarşılıqlı əməkdaşlığı müsbət nəticələr verməkdədir: "Bütün sahələrdə inkişaf özünü hər keçən gün daha da qabarıq şəkildə göstərir.
Qənirə Paşayeva Azərbaycanda ordu quruculuğu prosesinə də toxunaraq vurğulayıb ki, ordu quruculuğunda işlər bu il ərzində daha da sürətlənib: "Belə ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın hərbi xərclərini qat-qat üstələyir. Qazanılan bütün uğurların kökündə cənab Prezident İlham Əliyevin apardığı məqsədyönlü, uzaqgörən siyasəti dayanır. Biz inanırıq ki, 2014-cü ildə uğurlarımızın sayı daha da artacaq".
İNTİZARƏ MƏMMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB