AXCP rəsmilərinin sosial şəbəkələr vasitəsilə Müsavat Partiyasına qarşı total hücuma keçmələri qarşı tərəfin cavabını gecikdirməyib. SİA-nın məlumatına görə, Müsavat Partiyası Divanının üzvü İkram İsrafil facebookdakı səhifəsində AXCP sədrinin müavinləri Fuad Qəhrəmanlıya, Gözəl Bayramlıya və Əbülfəz Qurbanlıya cavab olaraq yazıb ki, cəbhəçilər Rüstəm İbrahimbəyovu fəxri sədr seçməklə özlərinə siyasi divident qazanmağı güdüblər və İbrahimbəyov sonda bunu anlayıb: "Nəhayət, Rüstəm İbrahimbəyov başa düşüb ki, sizlər onun fəxri sədrliyə namizədliyini verməklə onun xidmətlərini deyil, özünüzün siyasi dividentinizi fikirləşmisiniz. Məhz buna görə də Rüstəm İbrahimbəyov istefa verib".
İkram İsrafil daha sonra cəbhəçilərə izah etməyə çalışıb ki, əslində, Müsavat Partiyasının Rüstəm İbrahimbəyov dərdi olmayıb və onların problemləri bilavasitə AXCP-dir: "Fuad Qəhrəmanlı deyir ki, Əli Kərimli Rüstəm müəllimi fəxri sədrliyə təklif etməklə məqsədi ölkə ziyalılarının demokratik proseslərdəki iştirakına dəstək vermək olub. O özü etiraf edir ki, məqsədləri Rüstəm müəllimin xidmətlərini qiymətləndirmək yox, yaranmış vəziyyətdə Rüstəm müəllimin adından istifadə etməklə siyasi divident qazanmaq olub. Bundan başqa Müsavat Partiyası adından heç kəs hec bir zaman "Rüstəm İbrahimbəyov fəxri sədrlikdən istefa verməlidir" fikrini səsləndirməyib. Müsavat Partiyasının belə bir dərdi də yoxdur".
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB