“Vahid Rusiya” Partiyası: “Sabah Suriyadakı döyüşçülər Qafqaza yönələ bilərlər” EKSKLÜZİV

“Vahid Rusiya” Partiyası: “Sabah Suriyadakı döyüşçülər Qafqaza yönələ bilərlər” EKSKLÜZİV

Bəşər Əsəd rejmi ilə Rusiyanın "Soyuzneftqaz" şirkəti arasında müqavilə imzalanıb. Müqavilənin əsas məqsədi ondan ibarətdir ki, Rusiya Suriyanın təbii sərvətlərindən istifadə edə biləcək və bunun müqabilində Suriyaya hərbi yardım edəcək. Qeyd edək ki, müqavilənin Suriyada qanlı döyüşlər zamanı imzalandığı bildirilir.

Məsələ ilə bağlı SİA-ya eksklüziv açıqlamasında "Vahid Rusiya" Partiyasının Şimali Osetiya Regional Bölməsinin İcraiyyə Komitəsinin rəhbəri Ruslan Kastuyev münasibətini bildirib. Onun sözlərinə görə, Rusiya Suriya ilə bütün müqavilələri hərbi əməliyyatlar başlamazdan əvvəl imzalayıb: "Rusiya-Suriya arasında bağlanan bütün müqavilələr Suriyada hərbi əməliyyatlar başlamazdan əvvəl imzalanıb. Lakin digər tərəfdən nəzərə alınmalıdır ki, Suriyada baş verənlər Rusiya ilə sərhəddə arzuolunmaz və yolverilməz şəkildə əks olunmaqdadır. Sabah Suriyadakı döyüşçülər Qafqaza yönələ bilərlər. Buna görə də, uzaq yanaşma ilə düşməni məhv etmək daha məqsədəuyğundur və düzdür".

Ülkər Musazadə

Bütün xəbərlər Facebook səhifəmizdə