Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipov ADA-da olub
Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipov dekabrın 26-da Azərbaycan Diplomatik Akademiyasında (ADA) olub.
ADA-nın rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev Dağıstan Prezidentinə bu ali təhsil ocağının tarixi, fəaliyyəti, strukturu, həyata keçirdiyi proqramlar, Azərbaycanın təhsil sisteminə gətirdiyi yeniliklər haqqında ətraflı məlumat verib.
Bildirilmişdir ki, akademiyada Azərbaycan da daxil olmaqla 30-dək ölkədən tələbə təhsil alır. Əsasən ABŞ, Ukrayna, Türkiyə, Çexiya, Misir və digər ölkələrdən gənclər buradakı tədrisə böyük maraq göstərirlər.
Hazırda ADA-nın 6 bakalavr, 3 magistr proqramının olduğunu deyən Hafiz Paşayev qeyd edib ki, dünyanın nüfuzlu ali təhsil ocaqları ilə əməkdaşlıq edən akademiyada tədris ingilis dilində aparıldığından buraya xarici ölkələrin tanınmış universitetlərindən əksəriyyəti professor olmaqla pedaqoqlar mühazirə oxumaq üçün dəvət olunurlar. Eyni zamanda, Azərbaycandan olan mütəxəssislər də ADA-da dərs deyirlər.
Diqqətə çatdırılıb ki, Azərbaycanda ən böyük xarici dilli kitabxanaya malik olan akademiyada ingilis dilində 120 mindən artıq kitab var. Kitabxananın digər mühüm xüsusiyyəti burada bir milyondan çox elektron kitabın olmasıdır.
Akademiyanın akt zalı ilə tanışlıq zamanı məlumat verilib ki, burada müasir avadanlıq quraşdırılıb. Məlumat verilib ki, ADA-da Azərbaycan dövlətçiliyinin və diplomatiyasının tarixini əks etdirən zal da var.
Dağıstan Prezidenti akademiyada Qarabağa həsr olunan müxtəlif sənət əsərlərindən ibarət sərgi ilə də tanış olub.
Prezident Ramazan Abdulatipov ADA-nın fəaliyyətini yüksək qiymətləndirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB