Prezidentə təbriklər gəlməkdə davam edir

ABŞ konqresmeni Eddi Bernis Conson cənab Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib. SİA-nın məlumatına görə, təbrikdə deyilir: "Cənab Prezident, sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram. Texasın 30-cu rayonu Amerika əsilli azərbaycanlıların istedadı və töhfəsi sayəsində çox gözəlləşib. Siz Birləşmiş Ştatlar ilə Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə dəyərli töhfələr vermisiniz. Biz bunu yüksək qiymətləndiririk. Sizin rəhbərliyiniz altında ölkələrimizin müttəfiqliyi sınaqdan keçmiş və dostluğumuz daha da güclənib. Əminəm ki, sizin prezidentliyinizin növbəti dövründə ABŞ-Azərbaycan münasibətləri daha dinamik inkişaf edəcək və dərinləşəcək".

ABŞ-ın Nyu-Meksiko ştatının xəzinədarı Ceyms B. Levis də dövlət başçımızı təbrik edib. Təbrikdə bildirilir: "Hörmətli cənab Prezident, doğum gününüz münasibətilə sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. ABŞ ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığa sadiqliyiniz və töhfəniz yüksək qiymətləndirilir. Bizim dövlətlərimiz sınanmış müttəfiqlərdir və dostluğumuz sizin səylərinizlə daha da möhkəmlənib. Azərbaycana səfərim zamanı yüksək qonaqpərvərliyə və səmimi münasibətə görə sizə təşəkkür etmək istərdim. Bu, ölkəniz haqqında daha çox məlumat əldə etmək baxımından uğurlu bir səfər idi.

Əminəm ki, prezidentliyinizin növbəti dövründə də çox vacib olan ABŞ-Azərbaycan əlaqələrinin daha da genişləndirilməsi və dərinləşdirilməsi istiqamətində sizinlə birgə fəaliyyətimizi davam etdirəcəyik".

Rusiya Federasiyası Çeçenistan Respublikası hökumətinin sədri Ruslan Edelgeriyev də İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu, doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Biz Sizi öz ölkəsinin vətənpərvər oğlu və Azərbaycan Respublikasında sülhün və sabitliyin qorunub saxlanmasına yönəlmiş, ölçülüb-biçilmiş siyasət yürüdən müdrik siyasi xadim kimi tanıyırıq. Bizim respublikaya xeyirxah münasibətinizə görə Sizə səmimi qəlbdən dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. Sizə möhkəm cansağlığı, uzun ömür, yaradıcılıq enerjisi, ölkənizdə əmin-amanlıq, çoxşaxəli quruculuq fəaliyyətinizdə uğurlar arzulayırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə