Bu gün Strateji Araşdırmalar Mərkəzi 2013-cü il fəaliyyətinə dair hesabatını açıqlayıb. SİA-nın məlumatına görə, konfransda ilk növbədə qurumun illik fəaliyyəti ilə bağlı video çarx təqdim edilib.
Cari ildə SAM-ın gördüyü işlərdən danışan qurum rəhbəri Fərhad Məmmədov bildirib ki, cari ildə SAM elmi-tədqiqat, elmi-təşkilatçılıq, analitik-informasiya və elmi-nəşriyyat istiqamətləri üzrə öz çoxşaxəli fəaliyyətini daha da genişləndirib.
Onun sözlərinə görə, cari ildə SAM tərəfindən ümumi olaraq 15 monoqrafiya, toplu və broşura çap edilib.
F. Məmmədov qeyd edib ki, cari ildə həmçinin müxtəlif elmi-tədqiqat işlərinin yekunu olan bu nəşrlərdən beşi xaricdə (AFR, Türkiyə və Rusiya Federasiyası), onu isə Azərbaycanda işıq üzü görüb:" Eyni zamanda SAM-ın əməkdaşları tərəfindən 91 qapalı xarakter daşıyan arayış və hesabat hazırlanıb, 178 məqalə çap edilib və 156 çıxış və müsahibə verilib. Cari ildə Beynəlxalq səviyyədə əməkdaşlıq daha da genişləndirilib. Respublikasının Müasir Beynəlxalq Münasibətlər Akademiyası, Çin Xalq Respublikasının Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutu, İraq Strateji Araşdırmalar Qrupu, Avropa Siyasət Mərkəzi və Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutu) ilə memorandum və sazişlər imzalanıb, 8 ölkəni təmsil edən xarici ekspertlərlə birgə 15 mövzu ətrafında araşdırmalar aparılıb və müvafiq hesabatlar hazırlanıb.Eyni zamanda 129 xarici ezamiyyətə qatılıb SAM əməkdaşları Mərkəzi beynəlxalq səviyyədə təmsil ediblər".
Qurum rəhbəri nildirib ki, Elmi-təşkilatçılıq baxımından 2013-cü ildə SAM tərəfindən Azərbaycanda və xaricdə 56 tədbir keçirilib ki, onlardan iyirmi səkkiz tədbir (4 kitab təqdimatı, 2 mühazirə, 2 qapalı ekspert görüşü, 5 seminar, 1 dəyirmi masa, 3 elmi-praktiki konfrans, 1 beynəlxalq simpozium, 7 beynəlxalq konfrans, 2 beynəlxalq forum, 1 qurultay) Azərbaycanda, digər 28 tədbir isə (2 kitab təqdimatı, 1 qapalı ekspert görüşü, 7 seminar, 4 dəyirmi masa, 14 beynəlxalq konfrans) xaricdə təşkil edilib:"Azərbaycanda keçirilən 28 tədbirlərdən on biri yalnız SAM, on yeddi tədbir isə SAM-ın tərəfdaşları ilə birgə təşkil edilib. Xaricdə təşkil edilən 28 tədbirin hər biri birgə əməkdaşlıq nəticəsində həyata keçirilib. Ümumilikdə cari ildə SAM-ın Azərbaycanda təşkil etdiyi müxtəlif tədbirlərə 246 xarici qonaq qatılıb.
Sevindirici haldır ki, cari ildə SAM-ın səkkiz əməkdaşı Azərbaycanın yeddi ali təhsil ocağında saathesabı müəllim kimi fəaliyyət göstərib, eyni zamanda 24 tələbə SAM-in Təcrübə proqramında iştirak edib. Sevindirici haldır ki, cari ildə SAM-ın səkkiz əməkdaşı Azərbaycanın yeddi ali təhsil ocağında saathesabı müəllim kimi fəaliyyət göstərmiş, eyni zamanda 24 tələbə SAM-in Təcrübə proqramında iştirak edib. Bununla yanaşı 2013-cü ildə 5 xarici ekspert (İtaliyanın Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunun, Pakistanın Müasir Dillər üzrə Dövlət Universitetinin, Çin Humanitar Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Orta Asiya Araşdırmalar Mərkəzinin, Böyük Britaniyanın Mouseion LTD şirkətinin, Hindistanın Cəvahirləl Nehru Universitetinin əməkdaşları) Qonaq elmi işçilərin mübadiləsi proqramı çərçivəsində SAM-da tədqiqat aparmışdır. Onlardan dörd nəfəri SAM və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım agentliyi (AİDA) ilə uğurlu şəkildə aparılan əməkdaşlıq nəticəsində bu proqramda iştirak edib.
Hesabat konfransında SAM rəhbəri həmçinin qeyd edib ki, qurum dünya beyn mərkəzləri içərisində 124-cü yeri tutub. Onun sözlərinə görə, 2014-cü ilin yanvar ayında yeni reytinq dərc olunacaq və yeni reytinqdə SAM yerini daha da yaxşılaşdıracaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB