Rusiya Dumasının deputatı: “Rusiya miqrantlardan tamamilə imtina etmir” EKSKLÜZİV

Rusiya Dumasının deputatı: “Rusiya miqrantlardan tamamilə imtina etmir” EKSKLÜZİV

"Rusiya miqrantlardan tamamilə imtina etmir". Bu haqda SİA-ya Rusiya Dumasının deputatı Sergey Litovçenko eksklüziv açıqlamasında bildirib.

Onun sözlərinə görə, Rusiyada heç kəs miqrantlardan, eləcə də miqrantların əməyindən tamamilə imtina etmək niyyətində deyil: "Rəsmi Moskva sadəcə olaraq qeyri-qanuni miqrantları ölkə ərazisindən xaric etməyi tətbiq edir və ölkədə miqrantların yaşayışını yalnız qanun çərçivəsində mümkün edir".

Ülkər MUSAZADƏ

Bütün xəbərlər Facebook səhifəmizdə