Vüqar Bayramov: "Yeni iş yerlərinin yaradılması proqramın əsas hədəflərindən biridir" MÜSAHİBƏ

Vüqar Bayramov: "Yeni iş yerlərinin yaradılması proqramın əsas hədəflərindən biridir" MÜSAHİBƏ

İqtisadçı-alim Vüqar Bayramovun SƏS TV-yə müsahibəsi:

- Vüqar müəllim, 2011-2013 cü illərdə "Bakı şəhərinin və onun qəsəbələrinin sosial - iqtisadi inkişafına dair Dövlət Proqramının" icrasının yekunlarına həsr olunmuş konfransı qarşıya qoyulan vəzifələrin icrası baxımından önəmini necə xarakterizə etmək olar?

- Əvvəla qeyd etmək istərdim ki, Azərbaycanda regionların inkişafı ilə bağlı ayrıca proqram nəzərdə tutulur. Bakı və onun ətraf əraziləri üçün nəzərdə tutulmuş proqram isə ayrıca təşkil olunub. Sözügedən dövlət proqramı Bakı şəhərinin, o cümlədən onun ətraf ərazilərinin inkişafının dövlət marağında olmasından xəbər verir. Bu istiqamətdə təşkil olunmuş iclasda qarşıya qoyulan məsələlər də bunu bir daha təsdiq etmiş oldu. Bildiyimiz kimi, Bakı şəhəri respublikamızın paytaxtı olduğuna görə, ölkə iqtisadiyyatının böyük payına malikdir. Dövlət büdcəsinin formalaşmasında Bakı şəhərinin olduqca böyük rol oynaması paytaxt ərazilərdə yerləşən qəsəbələrin inkişaf etdirilməsini ön plana çəkir. Biz 2011-2012 ci illəri əhatə edən dövlət proqramının yekunlarının müzakirəsi zamanı yalnız Bakı şəhərində yerləşən qəsəbələrin infrastrukturunun formalaşdırılması deyil, eyni zaman da bu infrastrukturun fonunda yeni iş yerlərinin açılmasının ön plana çəkildiyinin şahidi olduq. Sözügedən proqram çərçivəsində, qəsəbələrin inkişaf etdirilməsi prosesində həmin ərazilərdə bir sıra yeni obyekt və müəssisələr inşa edilib. Bu da həmin obyekt və müəssislərə çoxlu sayda işçi cəlb olunacağına və işsizlik probleminin proqram çərçivəsində qismən də olsa aradan qaldırılacağına yardım etdiyini deməyə əsas verir. Sözügedən proqramın yekunlarının ölkə prezidenti səviyyəsində müzakirə edilməsi onun dövlət üçün olduqca böyük əhəmiyyət kəsb etməsindən xəbər verir.

- Bakı ətrafı kənd və qəsəbələrinin əhalisinin sosial-məişət məsələlərinin həllinə yönələn iş yerlərinin açılması, yaşayış şəraitinin yaxşılaşdırılması sahəsində görülən işləri necə qiymətləndirmək olar?

- Bildiyiniz kimi, yeni iş yerlərinin yaradılması proqramın əsas hədəflərindən biridir. Sözügedən proqrama əsasən yeni iş yerlərinin yaradılması eyni zamanda tarixi ənənələrimizə söykənir. Belə ki. Buna zəfəran istehsalını misal göstərmək olar. Bununla yanaşı, İqtisadiyyat və Sənaye Nazirliyinin yanında fəaliyyət göstərən Sahibkarlara Kömək Milli ddstək fondu qəsəbələrdə fəaliyyət göstərən sahibkarlara güzəştli kreditin açılmasını həyata keçirtdi. Proqram çərçivəsində turizmin inkişafına da böyük önəm verildi. Belə ki, Bakı şəhər və ətraf ərazilərində bir sıra turizm obyektlərinin inşası həyata keçirildi. Bir sözlə, sözügedən proqramın yeni iş yerlərinin açılmasına zəmin yaratdığını xüsusi vurğulamaq istərdim.

- Vüqar müəllim, proqram çərçivəsində inkişaf edən bir sıra sektorlar barədə geniş məlumat verdiniz. Xidmət sektoru haqqında nə deyə bilərsiniz?

- Xidmət sektorunun inkişaf etdirilməsi və bu sektor çərçivəsində yeni iş yerlərinin yaradılması proqrama daxil olan başlıca məsələlərdən biridir. Aparılan monitorinq və proqramın yekunlarının qiymətləndirilməsi göstərdi ki, xidmət sektoru da Bakı ətrafı qəsəbələrin inkişaf etdirilməsində mühüm rol oynadı. Sözügedən sektor yalnız həmin qəsəbələrdə yaşayan insanların deyil, eyni zamanda Bakıdan kənarda yaşayan vətəndaşların da işlə təmin olunmasına şərait yaradır.

Bütün xəbərlər Facebook səhifəmizdə