Könül Hacızadə: “Prezidentimiz diaspora sahəsinə də böyük diqqət göstərir” .

"Bütün dünya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son 10 ildə gördüyü işlərin şahididir". Bu sözləri SİA-ya eksklüziv açıqlamasında Azərbaycanın Küveytdəki diasporasının sədri Könül Hacızadə bildirb.

Onun sözlərinə görə, Azərbaycan son 10 ildə möhtəşəm layihələrə imza atmaqla inkişaf etməkdə olan dövlətlərin ön sıralarındadır: "Düşünürəm ki, peykimizin fəzaya qalxması Azərbaycanın böyük uğuru idi. XXI əsrin neft-qaz muqaviləsi hesab edilən "Şahdəniz-2" Azərbaycanın həm iqtisadi, həm də siyasi uğurlarının bəhrəsi idi. Cənab prezidentin son 10 ildə gördüyü işləri və xalqa göstərdiyi qayğını saymaqla tükənməz. Bu qədər işləri və uğurlu layihələri həyata keçirməyə müvəffəq olan Prezidentimiz eyni zamanda diaspora sahəsinə də böyük diqqət göstərir" .

Ülkər MUSAZADƏ

Bütün xəbərlər Facebook səhifəmizdə