"Türkiyədə baş verən hadisələr təəssüfedicidir və Azərbaycanda da narahatlıqla qarşılanır. Biz bu məsələlərin qanun çərçivəsində araşdırılmasının və qərar verilməsinin tərafdarıyıq". SİA-nın məlumatına görə, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova Türkiyədə bir neçə nazirin də adının hallandığı "rüşvət qalmaqalı"na münasibət bildirərkən deyib.
Vitse-spiker deyib ki, öncədən kiminsə fəaliyyətini şübhə altına alacaq hər hansı fikir söyləməyin əleyhinədir: "Çox istəyirik ki, bu hadisələr Türkiyə dövlətinə, xalqına və elitasına hansısa xələl gətirməsin. Bu məsələlərin yalnız qanunla araşdırılmasını istəyirik. Hazırda davam edən araşdırma başa çatdıqdan sonra hər şey öz yerini alacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB