Araz Əlizadə: “Rəsul Quliyev siyastdə qalmaq üçün gündə bir partiya yaradır”

Araz Əlizadə: “Rəsul Quliyev siyastdə qalmaq üçün gündə bir partiya yaradır”

"Rəsul Quliyev hansı partiyanı yaratmasından asılı olmayaraq onsuz da siyasətdə heç bir uğur əldə edə bilməyəcək". Bunu SİA-ya açıqlamasında ASDP sədri Araz Əlizadə eks-spikerin yeni siyasi partiya yaratmaq qərarına münasibətini açıqlayarkən bildirib.

ASDP sədri Rəsul Quliyevin məhz siyasətdə qalması üçün bu kimi addımlar atdığını iddia edib: "O siyasətdə qalmaq üçün gündə bir partiya yaradır, bir müddət maliyyələşdirir sonra isə pullarını kəsən kimi parçalanmalar baş verir. O, hansı partiyanı yaradırsa orada bu cür hallar höküm sürür. Azərbaycan Demokratik Partiyasını yaratdı, orda parçalanma getdi. Daha sonra Açıq Cəmiyyət Partiyası da eyni aqibətlə üzləşdi".

Qeyd edək ki, dekabrın 20-də Rəsul Quliyevin bir neçə tərəfdarı "Gələcək Azərbaycan Partiyası" adlı siyasi partiya yaratdıqlarını bəyan ediblər. Lakin yeni partiyanın yaradılması siyasi ictimaiyyətdə maraqla qarşılanmayıb.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə