Gülağa Aslanlı: “İctimai Palatanın fəaliyyətinin dayandırıılması...”

"İctimai Palatanın buraxılması ilə bağlı hər kəsin öz fikri var. Hesab edirəm ki, İctimai Palatanın Koordinasiya Şurası toplanıb bunu müzakirə etməlidir. Bu qurumun fəaliyyətinin dayandırılması hamının razılığı ilə olmalıdır". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı bildirib.

AXCP-nin sədr müavini Fuad Qəhrəmanlının "İctimai Palata buraxılmalıdır, bu haqqda koordinasiya şurası da qərar verib" fikrinə münasibət bildirən G.Aslanlı onu da qeyd edib ki, İctimai Palatanın bağlanması ilə bağlı yekun qərar sessiyada verilməlidir: "Koordinasiya şurasının iclası və sessiyası olmadan necə ola bilər ki, İctimai Palata buraxılsın. Nə İctimai Palatada, nə də "Milli Şura"da Müsavat və AXCP partiya şəklində iştirak edir. Bu partiyalar bu qurumlarda fərdlər şəklində iştirak edir. Oxşar cəhətləri olsa da, tərkib və forma etibarilə fərqlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...